Bütün xəbərlər
Baş redaktorun Məmməd Araz haqda çıxışı: "Məmməd Araz poeziyası ölməzdir"-VİDEO
Tarix: 04-08-2022 00:28 | Bölmə: Gündəm

Məmməd Araz Azərbaycan ədəbiyyatının nəhəng simalarındandır. Onun şəxsiyyətini də, poeziyasını da həmişə sevmişəm. Mənim üçüm doğma və əziz olan bu insan əbədi olaraq qəlbimdədir. Onun şeirlərini demək olar ki, tez-tez oxuyuram. Sağlığında onun haqqında iki məqalə yazdım. Balaca kəndimiz Nursu bütün dünyaya tanıtdı Nursun nurlu oğlu. Onun müdrik sözlərini həmişə özümə şüar götürmüşəm. Uzun illər bundan qabaq yazılsa da həmin sözlər müasir dövrlə səsləşir. 
Bilgəh qəsəbəsində-142 nömrəli məktəbdə Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayevanın təşəbbüsü və rəhbərliyi ilə möhtəşəm "Məmməd Araz gecəsi" keçirildi. Məndə həmin tədbirdə çıxış etdim.
Bu gün Məmməd Araz haqdda olan o tədbirin videosunu tapdım və istədim ki, öz çıxışımı ayrıca təqdim edim.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

              



Baxış sayı: 506


Bölməyə aid digər xəbərlər