Bütün xəbərlər
Media nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Tarix: 21-07-2022 14:10 | Bölmə: Gündəm


     İyulun 21-də Milli Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Azərbaycan Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
    Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
     Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.

Sabaha-inamla.az







Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər