Bütün xəbərlər
Telman İsgəndərov adına 142 nömrəli məktəbdə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
Tarix: 13-06-2022 23:04 | Bölmə: Gündəm

    Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
   Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.
   Məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva çıxış edərək xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmış Ulu öndər Heydər Əliyevin Azərbaycanı xaosdan,separatizm meyillərindən xilas etdiyini qeyd etdi. Heydər Əliyevin bağladığı Atəşkəs rejiminin hərbi və siyasi, dünyanın aparıcı neft ölkələri ilə bağladığı neft kontraktlarının iqtisadi əhəmiyyətindən danışdı.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az































Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı