14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Baş prokuror Qətər Dövlətinin Azərbaycandakı səfiri ilə görüşüb
Tarix: 08-06-2022 21:41 | Bölmə: Gündəm


             


İyunun 8-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Qətər Dövlətinin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da genişlənən ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayan Kamran Əliyev bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl-Taninin misilsiz xidmətlərini qeyd edib.
Baş prokuror Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Qətər Dövlətinin ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirib.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir Azərbaycanın ərazi bütövlüyünün bərpasına görə məmnunluğunu ifadə edib, ölkəmizdə bütün sahələrdə həyata keçirilən mütərəqqi islahatların önəmini vurğulayıb.
Söhbət zamanı Qətər Dövlətinin Baş prokuroru İssa bin Saad Al Cuffali Al Nuaiminin rəhbərlik etdiyi nümayəndə heyətinin yaxın vaxtlarda ölkəmizə səfərinə və qarşılıqlı maraq doğuran digər mövzulara dair fikir mübadiləsi aparılıb.
Görüşdə ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov da iştirak edib.



Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər