Bütün xəbərlər
Yasamalda şəhid doğum günündə anıldı - Foto
Tarix: 02-09-2021 15:30 | Bölmə: Gündəm

                   Yasamalda şəhid doğum günündə anıldı


Bu gün Yasamal rayonunda Vətən müharibəsinin şəhidi Elşən Müslümovun xatirəsi anılıb.
“Qafqazinfo” xəbər verir ki, doğum günündə II Fəxri xiyabanda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, keçdiyi döyüş yolundan danışılıb.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Elnur Allahverdiyev və Ülvi Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Yasamal icra başçısı Elşad Həsənov bildirib ki, bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və milli yaddaşımızda yaşayacaqlar.
Bildirilib ki, çavuş Elşən Müslümov müharibədəki rəşadətinə görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
İcra başçısı Elşad Həsənov vurğulayıb ki, Yasamal Rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və qazi və şəhid ailələrinə dəstək olmaq üçün ardıcıl səylər göstərilir.
Mərasimdə şəhidin yaxınları onun doğum günündə xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.








Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı