Bütün xəbərlər
Ermənistan atəşkəsi pozdu - Müdafiə Nazirliyi
Tarix: 26-05-2021 13:17 | Bölmə: Gündəm

                    Ermənistan atəşkəsi pozdu


Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib.
Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.
Cavab atəşi açılmayıb. İtki yoxdur.


Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı