09:57 / 24-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:36 / 22-10-2026
Parçalanmış coğrafiyadan milli suverenliyə
23:27 / 22-10-2026
Qaz balonu partladıqdan sonra avtomobil alovlanıb
23:25 / 22-10-2026
Dəmir yolu işçisi şəhərətrafı qatar yanğınına görə mühakimə olunacaq
23:22 / 22-10-2026
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
23:18 / 22-10-2026
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
23:15 / 22-10-2026
Tramp İranı neft qiymətlərini qaldırmaqda günahlandırır
23:12 / 22-10-2026
Trampın Maskla danışığından sonra Ukraynada Starlink xidməti yaxşılaşıb
23:08 / 22-10-2026
Putin Ukraynada yarım milyondan çox fərari olduğunu bildirdi
22:59 / 22-10-2026
Britaniyada Pokémon kart kolleksiyası 1,5 milyon funt sterlinqə satıldı
16:48 / 22-10-2026
Paşinyan Ermənistanın AİB-dən çıxarıla bilməyəcəyini bildirdi
16:42 / 22-10-2026
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
16:38 / 22-10-2026
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
16:34 / 22-10-2026
Ukrayna Rusiyanın yeni "Filin" raketi ilə bağlı həyəcan təbili çaldı
16:25 / 22-10-2026
Meşədə bir kişini parçalayan ayı öldürülüb
16:19 / 22-10-2026
Peskov, Putinin ABŞ və Ukrayna ilə görüş üçün hələ iştirakçıları seçmədiyini açıqladı
16:14 / 22-10-2026
Peskov Putin-Vitkov razılaşmalarının müzakirəsinin təhlükələri barədə xəbərdarlıq etdi
16:03 / 22-10-2026
Peskov: "Avropa, ABŞ-dan fərqli olaraq, Ukraynadakı münaqişənin həlli üçün heç nə etmir"
15:59 / 22-10-2026
Münaqişə zamanı tanışını öldürüb
15:55 / 22-10-2026
Lukaşenko bildirib ki, insan həmişə müharibəyə hazır olmalıdır
15:52 / 22-10-2026
Rusiya Polşanı hərbi təxribat hazırlamaqda şübhəli bilir
15:47 / 22-10-2026
Fransada yaxın gələcəkdə həmkarlar ittifaqı nümayişlərindən başqa etirazlar qadağan ediləcək
15:40 / 22-10-2026
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
15:36 / 22-10-2026
Jurnalist terror aktlarına çağırış etməkdə təqsirli bilinib
15:25 / 22-10-2026
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
15:12 / 22-10-2026
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20:56 / 21-10-2026
Qayıqla gəzinti zamanı uşağın ölümünə görə cəza alıb
20:52 / 21-10-2026
Mağazanın mühafizəçisi müştərinin ölümcül döyülməsi ilə bağlı həbs edilib
20:49 / 21-10-2026
İsveç Rusiyalı xizəkçilərə viza verməkdən imtina etmək istəyir
20:35 / 21-10-2026
Kreml Ukraynadakı sülh prosesində iki yeni iştirakçı təyin edib
20:32 / 21-10-2026
Bir qız iki yanacaqdoldurma məntəqəsini yandırdı
20:26 / 21-10-2026
Məktəbli qıza hücum edən həbs edilib
20:22 / 21-10-2026
Peskov bildirib ki, Avropa Ukrayna danışıqlarına kömək etməyəcək
20:19 / 21-10-2026
Küçədən keçənlər ayı gördülər
20:11 / 21-10-2026
Dmitriyev və Vitkov Hubbard ilə görüşüblər
20:08 / 21-10-2026
Yeniyetmə yanğın və silah oğurluğuna görə mühakimə olunacaq
20:05 / 21-10-2026
Dayanacaqda avtobusları yandırmış ola biləcək yeniyetmə saxlanılıb
20:00 / 21-10-2026
"The American Conservative": "Trampın təzyiqi Zelenskinin sülhə nail olmasına kömək edəcək
“RUHUMUZUN YAZ HAVASI” HAMIYA XOŞ ANLAR BƏXŞ ETDİ
Tarix: 25-11-2022 08:23 | Bölmə: Ədəbiyyat

AYB Mingəçevir bölməsinin iyun ayında “Gənclik” nəşriyyatının qrifti ilə çap etdirdiyi “Ruhumuzun yaz havası almanaxı”nın AYB-nin Natəvan klubunda düzənlənən təqdimat mərasiminibəlkə də əyalətdə yaşayan söz adamlarının ədəbi hesabatı kimi də dəyərləndirmək olar. Mingəçevirli yazarların bir qismi ilə yanaşı paytaxt Bakıda yazıb-yaradan alim və yazıçı-şairlərin də qatıldıqları tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi paytaxtda deyil, bölgələrdə yaşayıb-yaradan şair və nasirlərin yaratdığı ədəbi nümunələrin təbliği, gənc müəlliflərin üzə çıxması sahəsində uğurlu iş olduğunu qeyd edərək, bu baxımdan AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin böyük zəhmət sahibi olduğunu vurğulamaqla, çıxışının sonunda hamıya uğurlar arzuladı..
Görkəmli ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli isə dedi: “Mingəçevir haqında düşünəndə Mikayıl Müşfiqin Mingəçevirə həsr etdiyi poeması və Səməd Vurğunun “Muğan” poeması yadıma düşür. Bu gün təqdim olunan və bölgədə yaşayan müəlliflərin poeziya, nəsr və publisistika nümunələrindən ibarət “Ruhumuzun yaz havası” almanaxı ölkəmizdə işıq şəhəri kimi tanınan Mingəçevirdə ədəbi mühitin qaynarlığından xəbər verir. Yeni almanax ayrı-ayrı illərdə dərc edilən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs” və “Bir ocağın şöləsiyik” toplularından sonra sayca dördüncüdür və burada 31 söz adamının yaradıcılığından nümunələr verilib. Bu gün bizə unudulmaz anlar bəxş etməyə qadir olan “Ruhumuzun yaz havası” isə payızda açan son çiçəklər kimi hamımıza bahar təravəti gətirəcəyini əminlik hissiylə qeyd eləyə bilərəm!”
Təqdimat mərasiminin aparıcısı, “Kredo” qəzetinin baş redaktoru, görkəmli şair-publisist Əlirza Xələfli, almanaxda yazıları yer alan mingəçevirli yazarları təbrik edəndən sonra, Əməkdar jurnalist,şair, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil Mingəçevir ədəbi mühitinin son illərdə formalaşması, gənc ədəbi qüvvələrin istiqamətləndirilməsi və onların ədəbi mühitə çıxmasında bölmənin rəhbəri, şair İsmayıl İmanzadənin xüsusi rolundan danışdı. Tanınmış şair-publisist “Yazarlar.az” ədəbi dərgisinin və eyni adlı jurnalın təsisçisi və baş redaktoru, halal zəhməti və işgüzarlığı ilə çoxlarının ehtiramını qazanan Zaur Ustac isə mingəçevirli qələm dostlarına uğurlar arzulamaqla, onların hər birinin diplomla təltif edildiyini bildirərək, “Ruhumuzun yaz havası” almanaxında şeir, hekayə və elmi-tədqiqat xarakterli əsərləri dərc edilən bir necə qələm sahibinə mükafatları təqdim etdi.
Təqdimat mərasiminə könül xoşluğu ilə gəldiyini vurğulayan ehtiyatda olan polis polkovniki, tarix elmləri namizədi, istedadlı şair Əjdər Yunus Rza ədəbiyyat aləminə bir vaxtlar Cəbrayılda fəaliyyət göstərən “Ümid” Ədəbi Klubunun rəhbəri İsmayıl İmanzadənin xeyir-duasıyla gəldiyini vurğulayaraq, təqdimat mərasimində yenicə çapdan çıxan gənc şair Seymur Sönməzin “Mənim şəhadətim məhəbbətimdir” adlı şeirlər kitabı haqqında da dəyərli fikirlər söylədi.Tanınmış yazıçı-publisist Hacı Əlisahib Əroğulun yazarlara yönəlik xeyir-dualarından sonra, bu il AYB-yə üzv qəbul olunanlardamşair-esseist Gülnarə Acalova, bir sıra maraqlı uşaq hekayələrinin müəllifiİlahə Qəhrəman, tanınmış şair Valeh Heydər, şair İldırım Əlişoğlu,uzun illərdən bəri imzaları oxuculara tanış olan şair Namiq Zaman və hüquqşünas şair, ”Söz süfrəsi” ədəbi məclisinin rəhbəri Bəhman Gülövşəli çıxış edərək sevinclərini həmkarları ilə bölüşdülər.Mərhum şair Murad Xasmədovun oğlu Elşən Xasməmmədov və bu ilin əvvəllərində dünyasını dəyişən tanınmış şair Fəxrəddin Əzizin Bakıda yaşayan qardaşı oğlu Sahib Əzizov əzizlərinə yönəlik ehtiram hissinə görə bölmə rəhbərinə və mərasimə qatılanlara minnətdarlıqlarını bildirdilər. “Azad qələm” jurnalının baş redaktoru, Prezident mükafatçısı, şairə Nəcibə İlkin gənc şair Seymur Sönməzin “Mənim şəhadətim məhəbbətimdir” şeirlər kitabının nəşrə hazırlanmasında çəkdiyi zəhmətə görə müəllifə sidqi-ürəklə halallıq verdiyini vurğulayaraq, ona və almanaxda yazıları dərc olunan keçmiş həmyerlilərinə uğurlar dilədi.
Paytaxtda yaşayıb yaradan tanınmış söz sahiblərindən Rafiq Mirzə, Malik Əhmədoğlu, Ziyadxan Budaq, Qəzənfər Mənsimoğlu, Elmira Aslanxanlı, yazıçı-publisist Məhərrəm Şəmkirli, Asif Ata ocağının layiqli davamçısı İşıqlı
Atalı, Alim Aslanoğlu, mingəçevirli yazarlara ürəkdən xeyir-dualar verən Əfşan Yusifqızı və AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Mingəçevir qönçələri” ədəbi məclisinin üzvü Gülnarə Dünya da səmimi çıxışları ilə tədbirə əlvan söz çalarları qatdılar.
Cəbrayıl rayonunun işğalından sonra müvəqqəti olaraq Bakıda yaşamağa məcbur olan şərəfli həyat yolu keçmiş ziyalılar-Arif Məhidov və Vidadi Hümbətov tədbirə qatıldıqlarından çox məmnun olduqlarını, görkəmli şair-publisist həmyerliləri, AYB Mingəçefir bölməsinin sədri İsmayıl İmanzadənin bir vaxtlar Cəbrayılda olduğu kimi, Mingəçevirdəki ədəbi aləmdə də aparıcı rola sahib olduğunu fəxarət hissiylə qeyd etdilər. Əslən Cəbrayıl rayonunun Maralyan kəndindən olan İqrar Həsənova söz veriləndə məlum oldu ki onun böyük oğlu Malik Həsənov boks üzrə respublika yığma komandasınınüzvüdür və bu yaxınlarad Ruminiyada keçirilən beynəlxalq yarışda birinci yeri tutaraq çempion kimi ölkəmizə qayıdıb. Tədbir iştirakçıları Maliki alqışlayaraq ona növbəti yarışlarda da uğurlar dilədilər. Sonda İsmayıl İmanzadə: “Son 22 il ərzində Natəvan Klubunda bir sıra önəmli tədbirlərdə iştirak etmişəm, ancaq bölmənin xəttiylə keçirilən 11 tədbirin təşkilatçılarından biri olsam da, burada heç vaxt şeir oxumamışam. Bölmə rəhbəri “Qoyun çıxıb gedim gəldiyim yerə” adlı şeirini oxuyandan sonra, tədbirin keçirilməsinə verdikləri dəstəyə görə AYB rəhbərliyinə, məclisi peşəkar sənətkarlara məxsus bir tərzdə idarə edən şair-publisist Əlirza Xələfliyə və təqdimat mərasiminə qatılmaqla böyük savab sahibi olan yaradıcı dostlarına və həmyerlilərinə bir daha minnətdarlığını bildirdi. Tədbirin ayrı-ayrı məqamlarında çəkilən foto-şəkillər isə unudulmaz xatirələrin qəlblərdə illər boyu yaşamasına dəstəkçi oldu...
VAHİD QAFARLI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Baxış sayı: 2 154
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib