21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Merz ABŞ-ın NATO-dan çıxmasının qarşısını almağa sadiq olduğunu bildirib
Tarix: 09-04-2026 21:56 | Bölmə: Dünya


 Almaniya kansleri Fridrix Merz mətbuat konfransında Şimali Atlantika Alyansının birliyini qorumağa və ABŞ-ın çıxmasının qarşısını almağa sadiq olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, NATO hazırda başqa heç bir blokla əvəz edilə bilməz.
"Buna görə də mən onu (alyansı) qorumaqda və Amerika prezidenti ilə birlikdə inkişaf etdirməkdə çox maraqlıyam".
MERZ DEYİB.
Kansler həmçinin bildirib ki, 8 apreldə ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb və NATO-nun gələcəyini Ağ Ev rəhbəri ilə müzakirə edib.
Daha əvvəl NATO-nun baş katibi Mark Rutte Trampın müttəfiqlərinin hərəkətlərindən məyus olduğunu bildirmişdi.O, bəzi NATO ölkələrinin İranla münaqişədə kömək etməkdən imtina edərək ABŞ sınağından keçə bilmədiyini söylədi.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər