Bütün xəbərlər
Konqresmen Tanedar Trampın impiçment prosesini elan edib
Tarix: 29-04-2025 11:42 | Bölmə: Dünya

ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Şri Tanedar X sosial şəbəkəsində ABŞ prezidenti, respublikaçı Donald Trampa qarşı impiçment haqqında qətnaməni Konqresə təqdim etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ümumilikdə konqresmen Amerika liderinə qarşı səlahiyyətdən sui-istifadə, hakimiyyətin konsolidasiyası və Konstitusiyanın pozulması da daxil olmaqla yeddi ittiham irəli sürüb.O, həmçinin Trampı jurnalistlərə təzyiq etməkdə, korrupsiyada və ABŞ vətəndaşlarının şəxsi məlumatlarına qanunsuz giriş əldə etməkdə ittiham edib.
"Tramp Konstitusiyaya, Konqresə və məhkəmələrə məhəl qoymayanda, o, "Amerika üçün mübarizə aparmır", onu məhv edir və demokratiyamızı təhlükə altına qoyur", - Tanedar yazıb.
"Axios" portalının məlumatına görə, bu, qanunvericinin bu il prezidentə impiçment elan etmək üçün ilk cəhdidir.
Demokratların ittihamları Konqresdə “rezonans tapmayacaq”- "The Hill" yazır və qeyd edir ki, Nümayəndələr Palatasındakı yerlərin əksəriyyətini Trampın siyasətini dəstəkləyən respublikaçılar tutur. Nəşr qeyd edir ki, oxşar vəziyyət Senatda da müşahidə olunur.
Aprelin əvvəlində Demokratlar Partiyasının digər nümayəndəsi, konqresmen Al Qrin Amerika liderinə qarşı impiçment proseduruna başlamaq niyyətində idi.
ABŞ sakinlərinin yarıdan çoxu Trampın fəaliyyətindən narazıdır və onun hakimiyyətini “qorxulu” hesab edir”, – "Forbes" jurnalı bazar günü sorğulara istinadən yazıb.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər