Bütün xəbərlər
Türkiyədə zəlzələ nəticəsində 236 nəfər xəsarət alıb
Tarix: 23-04-2025 22:51 | Bölmə: Dünya

Türkiyədə baş verən zəlzələ nəticəsində xəsarət alanların ümumi sayı 236 nəfər təşkil edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şöbə müdiri qeyd edib ki, zərərçəkənlərin əksəriyyətinə yerindəcə yardım edilib.
"Ümumilikdə 236 vətəndaşımız zəlzələdən sonra xəsarət alıb.Əsasən təşviş içində evdən atılaraq xəsarət alıb.Onlardan 173-ü İstanbulun özündə olub", - TASS Memişoğlunun sözlərindən sitat gətirib.
Aprelin 23-də episentri Mərmərə dənizində olan Türkiyədə 6,2 bal gücündə zəlzələ baş verib.Ümumilikdə üç güclü təkan və 127 afterşok qeydə alınıb, onlardan birinin maqnitudası 5,9 olub.
Ölən və yaralananlar olmayıb. İstanbulun Fatih səmtində qeyri-yaşayış binasının dağıdılması xəbəri yayılıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər