Bütün xəbərlər
Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında ilk diplomlar təqdim olunub
Tarix: 12-03-2025 22:15 | Bölmə: Dünya

Qahirədə yeni təsis edilmiş Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında müxtəlif fənlər üzrə keçirilən kurslarda ödənişsiz əsasda təhsil alan 70 uşağa diplomların təqdim edilməsi mərasimi keçirilib.

Bu barədə Sabaha-inamla.az-a Misir-Azərbaycan Dostluq Cəmiyyətindən bildiriblər.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində təsis olunmuş akademiyada hazırda 175 uşaq müxtəlif fənlər üzrə təhsil alır.
Cəmiyyətin sədri, tədqiqatçı alim Seymur Nəsirov qeyd edib ki, bu fəaliyyətlər xalqlar arasında, xüsusilə Misir və Azərbaycan arasında dostluğun möhkəmlənməsinə, mədəni təmasların inkişafına töhfə verir.
Qeyd edək ki, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası elm və incəsənət sahələri bağlı fəaliyyətlərlə məşğul olur. Akademiyada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 642 tələbə ödənişsiz əsaslarda təhsil alır.
Uşaqlara diplomların təqdim edilməsi mərasimi ilə bağlı xəbər ərəb ölkələri mediasında geniş şəkildə dərc olunub.






Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər