Bütün xəbərlər
İsrail Qəzzanın cənubunda döyüşləri bərpa edib
Tarix: 02-03-2025 15:22 | Bölmə: Dünya

İsrail ordusu Qəzzaya hücumları bərpa edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fələstin Mülki Müdafiə Xidmətinin məlumatına görə, döyüşlər anklavın cənubundakı Xan Yunis şəhəri ərazisində başlayıb.
Döyüş tanklar və artilleriyadan istifadə etməklə aparılır.
“Xan Yunisin şərqindəki Abasan əl-Kəbir şəhərinin ətrafı artilleriya zərbələrinə və İsrail tanklarının atəşinə məruz qalıb”, - deyə, xidmətin yaydığı məlumatda bildirilir.
Öz növbəsində İsrail zərbəni "təhlükəni aradan qaldırmaqla" əsaslandırıb. Onun sözlərinə görə, bu gün bir neçə nəfər hökumət qoşunlarının yerləşdiyi əraziyə partlayıcı qurğu yerləşdirməyə cəhd edib.
İsrail ordusunun bəyanatında deyilir: “Bu təhlükəni aradan qaldırmaq üçün İsrail Hərbi Hava Qüvvələri şübhəli şəxslərə zərbələr endirib".
Martın 2-nə keçən gecə Qəzza zolağında atəşkəs 42 gündən sonra başa çatıb. Tərəflər atəşkəsin yeni variantı ilə bağlı razılığa gəlməyiblər. Bu gün İsrail anklava humanitar yardım çatdırmağı dayandırıb.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər