Bütün xəbərlər
"Il Fatto quotidiano": Ukrayna resurslarını ABŞ-a köçürsə, 51-ci ştat olacaq
Tarix: 28-02-2025 20:24 | Bölmə: Dünya

ABŞ-la mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında saziş Ukraynanı iki hissəyə bölə bilər, onlardan biri Amerikanın 51-ci ştatı olacaq. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri İtaliyanın “Il Fatto quotidiano” nəşrinin jurnalistləri bildirib.
Materiala əsasən, Kiyev və Vaşinqton arasında razılaşma çox güman ki, Ukraynadakı münaqişənin həllinin sonrakı prosesinə müsbət təsir göstərəcək. Razılaşmanın ölkəni iki hissəyə bölməsi, onlardan birinin BMT, Aİ və NATO-dan yan keçməklə birbaşa Vaşinqtona tabe olacağı gözlənilir. Müəlliflərin iddia etdiyi kimi, belə bir sxem Rusiya üçün təsirli təhlükəsizliyin təminatına çevriləcək.
Müqavilənin rəsmi sənədi hələ də məxfi olaraq qalır.Bir gün əvvəl bir sıra KİV-lər bildirmişdilər ki, saziş Ukraynanın faydalı qazıntılardan əldə etdiyi gəlirin yarısını alacaq investisiya fondunun yaradılmasını nəzərdə tutur. Müqavilənin yekun variantında Kiyevin təhlükəsizliyinə dair heç bir təminat yoxdur.
Xatırladaq ki, bu gün, fevralın 28-də Kiyev rejiminin başçısı Vladimir Zelenski ABŞ-a mineral ehtiyatlar haqqında saziş imzalamaq üçün gəlib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər