Bütün xəbərlər
Pentaqon ABŞ-ın Baltikyanı ölkələrdə hərbi varlığının vacib olduğunu bildirib
Tarix: 29-01-2025 20:23 | Bölmə: Dünya

ABŞ Hərbi Dəniz Qüvvələrinin Əməliyyatlar və Strategiya üzrə vitse-rəis müavini Ben Nikolson deyir ki, Amerika qüvvələri Baltikyanı ölkələrdə mövcudluğunu qoruyub saxlamalıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kontr-admiralın sözlərinə görə, bu bölgə kritik əhəmiyyətə malikdir.Buna görə də Vaşinqton dəniz təhlükəsizliyini təmin etmək üçün müttəfiqləri ilə işləməyə davam etməlidir.
“Baltikyanı ölkələr çox mühüm regiondur və ABŞ-ın dünyanın bu hissəsində davamlı mövcudluğunu saxlamaq prinsipial olaraq vacibdir.
Nikolson həmçinin tərəfdaşları Baltikyanı ölkələrin sualtı infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi məsələsinə daha çox diqqət yetirməyə çağırıb. O, fəal işə çağırıb.
Bundan əvvəl Estoniya Müdafiə Nazirliyinin rəhbəri yük gəmilərinin Baltik dənizindən keçməsi üçün rüsum tətbiq etməyi təklif edib.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər