Bütün xəbərlər
"Axios": İran yaxın günlərdə İsraili vuracaq
Tarix: 01-11-2024 09:54 | Bölmə: Dünya

"Axios" portalı yazır ki, İran hakimiyyəti İraqdan İsrailə cavab zərbəsi endirmək niyyətindədir, bu yaxın günlərdə baş verəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Portalın mənbələrinə görə, hücumda çoxlu sayda pilotsuz təyyarə və ballistik raketlərdən istifadə ediləcək.
Amerikalı mənbənin nəşrə verdiyi məlumata görə, ABŞ İranın zərbə vurmaq qərarına gəlib-gəlmədiyini bilmir.
CNN daha əvvəl noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilərdən əvvəl İranın İsrailə hücum planları barədə məlumat vermişdi. Çərşənbə günü İran İnqilabı Keşikçiləri Korpusu rəhbərinin müavini Məhəmməd Rza Nəqdi yaxın günlərdə İsrailə sarsıdıcı zərbələr endirəcəyini vəd edib.
İranın zərbəsi oktyabrın 26-na keçən gecə İsrailin İrana hücumuna cavab olmalıdır. İsrail oktyabrın 1-də Tehranın hücumuna cavab olaraq İrana hücum etdi.



Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər