14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Kelin: "Britaniya Rusiya ərazisinə hücumların əleyhinədir"
Tarix: 25-10-2024 09:51 | Bölmə: Dünya

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Britaniya hakimiyyəti Rusiya ərazisinə zərbələri dəstəkləmir, onların bu məsələdə mövqeyi dəyişməyib, Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirib.
Rəsmi səviyyədə Rusiya tərəfinə məlumat verilir ki, Londonun Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələr məsələsində mövqeyi dəyişməz qalıb.
“Mövqe dəyişməyib və London hazırda Rusiya ərazisinə zərbələr endirmək imkanının tərəfdarı deyil”, - TASS Rusiya səfirinin sözlərini yazır.
Kelin onu da aydınlaşdırıb ki, Rusiya və Britaniya tərəfləri arasında “söhbətlər” gedir - London və Moskva müəyyən əlaqə saxlayır.
Daha əvvəl Rusiya səfiri qeyd edib ki, Rusiya və Britaniya öz mövqeyinin səhvini etiraf edərsə, münasibətlərə yenidən baxılması mümkündür.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər