Bütün xəbərlər
Müdafiə Nazirliyinin rəhbəri Qalant: "İsrail "Hizbullah"ın Livanın cənubuna qayıtmasına icazə verməyəcək"
Tarix: 13-10-2024 20:07 | Bölmə: Dünya

İsrail "Hizbullah"ın Livanın cənubuna qayıtmaması üçün hər şeyi edəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu açıqlama ilə Yəhudi Dövlətinin müdafiə naziri Yoav Qalant çıxış edib.
“Mən bütün səviyyələrdə İDF-yə (İsrailə hücum üçün infrastrukturun) dağıdılmasını, həmçinin terrorçuların bu yerlərə qayıtmamasını təmin etməyi tapşırmışam”, - “The Times of Israel” qəzeti hərbçilərdən sitat gətirir.
O, həmçinin bildirib ki, Livanın İsraillə həmsərhəd kəndlərində guya hərbi hədəflər - yeraltı tunellər və "Hizbullah" silah anbarları var.
Daha əvvəl Livan hakimiyyəti ən azı 2255 nəfərin İDF hücumlarının qurbanı olduğunu, onlardan 114-nün oktyabrın 9-dan 13-dək öldüyünü bildirmişdi. Yəhudi əsgərlərinin hücumları nəticəsində yaralananların sayı 10 min 524 nəfərə çatıb.





Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər