Bütün xəbərlər
İsrail ordusu "Hizbullah"ın Beyrutdakı kəşfiyyat qərargahına zərbələr endirib
Tarix: 07-10-2024 12:41 | Bölmə: Dünya

İsrail qırıcıları Livandakı "Hizbullah" infrastrukturuna, o cümlədən silah anbarlarına və komanda mərkəzlərinə hücum edib.
İsrail Hərbi Hava Qüvvələri Beyrutda Livanın "Hizbullah" şiə hərəkatının hədəflərinə yeni zərbələr endirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, hücumlar "Hizbullah"ın Beyrutdakı kəşfiyyat qərargahına, o cümlədən kəşfiyyat toplama obyektlərinə, komanda mərkəzlərinə və digər terror infrastrukturuna aid terrorçu hədəflərə endirilib.
Bundan əlavə, İsrail qırıcıları Beyrut ərazisindəki silah anbarlarına hücum ediblər. "Zərbələrdən sonra silahların mövcudluğunu göstərən ikinci dərəcəli partlayışlar qeydə alınıb", - İsrail Müdafiə Qüvvələri (IDF) qeyd edib.
Livanın cənubunda və Bekaa vadisindəki "Hizbullah" infrastrukturu, o cümlədən komanda mərkəzi və buraxılış meydançası da Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalıb.
Daha əvvəl "Reuters" xəbər vermişdi ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlılarının rəhbəri İsmayıl Qaani ilə bir həftədir ki, əlaqə saxlamır. O, "Hizbullah" lideri Həsən Nəsrullahın İsrailin hücumu nəticəsində həlak olmasından sonra Livana səfər edib.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər