Bütün xəbərlər
"Axios": İsrail "Hizbullah"ın varisini məhv etmək üçün Beyruta hücum edib
Tarix: 04-10-2024 08:53 | Bölmə: Dünya

Amerikalı jurnalist Barak Ravid İsrail mənbələrinə istinadən bildirib ki, cümə axşamı axşam İsrail ordusunun hücumu "Hizbullah" hərəkatının yeni baş katibi Haşim Səfiəddini məhv etmək məqsədi daşıya bilərdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə axşamı axşam saatlarında Beyrutun cənub ətrafı İsrail hərbi hava qüvvələri tərəfindən vurulub.
Barak Ravidin X sosial şəbəkəsində yazdığı kimi, İsrailin hədəfi "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın varisi Haşim Səfiəddin ola bilər.
Nəsrullah sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə zamanı öldürülüb. Çərşənbə günü İsrail Suriyada Dəməşqə qarşı endirdiyi zərbə nəticəsində Nəsrullahın kürəkənini öldürüb.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər