Bütün xəbərlər
Yəmən husiləri Təl-Əviv yaxınlığında pilotsuz təyyarə ilə uğurlu hücum həyata keçirdiklərini iddia edirlər
Tarix: 03-10-2024 10:17 | Bölmə: Dünya

Husilərin pilotsuz təyyarələri Təl-Əviv bölgəsindəki "vacib hədəfə" hücum edib, əməliyyatın uğurlu keçdiyini bildiriblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yəmənli üsyançılar öz Telegram kanallarında bir neçə pilotsuz təyyarədən istifadə edərək İsraildə hərbi əməliyyat keçirdiklərini bildiriblər. Onların məlumatına görə, Tel-Əviv bölgəsində “vacib hədəf”ə hücum edilib.
RİA Novosti-yə istinadən xəbər verir ki, Husi ordusunun sözçüsü açıqlamasında "Əməliyyat uğurla məqsədlərinə çatdı" deyib.
Husilərin hücumu, İsrailin Fələstin HƏMAS hərəkatının və Livanın "Hizbullah" hərəkatının bir neçə liderini öldürdüyü və daha sonra İrandan kütləvi raket atəşinə məruz qaldığı Yaxın Şərqdə vəziyyətin pisləşdiyi bir vaxta təsadüf edib.
Ötən çərşənbə günü husilər İsrailə üç qanadlı raket atdıqlarını bildirdilər.


Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər