Bütün xəbərlər
Livan ordusu İsraillə sərhəddən çəkildiyini inkar edir
Tarix: 01-10-2024 09:39 | Bölmə: Dünya

Livan Silahlı Qüvvələrinin rəhbərliyi Beyrutun qoşunlarını İsraillə sərhəddən çıxarmağa başladığı barədə "Reuters"in məlumatını təkzib edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl agentlik öz mənbələrinə istinadən Livan qüvvələrinin İsraillə sərhəddən təxminən 5 kilometr geri çəkildiyi barədə məlumat yayıb. Livan ordusu bu bəyanatı şərh etməyib.
Çərşənbə axşamı "İranın Press TV" telekanalı bildirib ki, İsrail ordusunun reydləri Livan qoşunlarının bölgədə yerləşdirilməsinə təsir etməyib.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər