18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Kim Çen Inın bacısı Qərbi Rusiyanın xəbərdarlıqlarını qiymətləndirməməyə çağırıb
Tarix: 29-09-2024 10:50 | Bölmə: Dünya

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Ukrayna prezidenti Vladimir Zelenskini və ABŞ-ı kəskin tənqid edib. O, həmçinin Qərb ölkələrini Rusiyanın nüvə silahı ilə bağlı xəbərdarlıqlarını qiymətləndirməməyə çağırıb.
Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən dərc olunan məqaləsində o, Ukrayna prezidenti Vladimir Zelenskinin BMT Təhlükəsizlik Şurasının iclası çərçivəsində son bəyanatlarını pisləyib.
“ABŞ və Qərbin silahlarından ehtiyatsızlıqdan sui-istifadə edən və günahsız rusları qətlə yetirən şər Zelenski qruplaşması cəfəngiyyat danışıb, ölkəmizi Ukrayna müharibəsində “ortaq” kimi təqdim edir – bu, tamamilə cəfəngiyyatdır və ağılsız siyasi təxribatdır”, - deyə o bildirib.
Kim Yo Conq Zelenskini qlobal sülh və sabitlik naminə prezident postundan istefa verməyə çağırıb və dünyanın artıq onun siyasətindən bezdiyini vurğulayıb.
O, həmçinin ABŞ-ı Ukraynaya davamlı maliyyə və hərbi dəstəyinə görə qınayıb. Kim Yo Conq ABŞ prezidenti Co Baydenin səlahiyyət müddətinin sonuna qədər Ukraynaya 8 milyard dollar ayırmaq qərarına xüsusi diqqət yetirib. Onun fikrincə, bu hərəkətlər yalnız münaqişənin genişlənməsinə kömək edir və Avropanı nüvə müharibəsi riski qarşısında qoyur.
“Əgər Birləşmiş Ştatlar və Qərb nüvə fövqəldövləti olan Rusiyanın qarşısında odla oynamağa davam etsələr, bunun nəticələrinin öhdəsindən gələ biləcəklər”, o, yekunlaşdırıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin nüvə doktrinasına dəyişiklikləri açıqlamışdı. Xüsusilə, sənədin yeni redaksiyasında hər hansı qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzü, lakin nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə Rusiya Federasiyasına birgə hücum kimi qiymətləndiriləcək.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər