Bütün xəbərlər
Avstraliya, Yeni Zelandiya və Yaponiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Tayvan boğazından keçib
Tarix: 26-09-2024 10:04 | Bölmə: Dünya

Tayvan ətrafında vəziyyət gərginləşməkdə davam edir.Boğazın sularını bir gün əvvəl Avstraliya, Yaponiya və Yeni Zelandiyadan olan hərbi gəmilər ziyarət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RW News nəşri məlumat yayıb.
JS Sazanami və HMAS Sydney esminesləri, həmçinin HMNZS Endeavour təchizat gəmisi adanın yaxınlığından keçib. Onlar Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən mehriban şəkildə müşayiət olunub.
“PLA komandanlığı əraziyə beş müşahidə gəmisi göndərib, onlar Avstraliya və Yeni Zelandiyanın hərbi gəmilərini mühasirəyə alıblar”, - nəşr yazır.
Jurnalistlər Yaponiyanın özünümüdafiə qüvvələri tarixində ilk dəfə olaraq Tayvan boğazına öz döyüş gəmisini göndərməsinə diqqət çəkib.


Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər