Bütün xəbərlər
Almaniya altı ayda 5,6 milyard avro dəyərində silah ixracına icazə verib
Tarix: 10-08-2024 12:52 | Bölmə: Dünya

2024-cü ilin ilk altı ayında Almaniya hakimiyyəti 5,6 milyard avro dəyərində silah ixracı ilə bağlı razılığa gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu məlumatı DPA agentliyi yayıb.
Jurnalistlər öz nəşrlərində İqtisadiyyat Nazirliyinin cavabına istinad ediblər. Departamentdən Bundestaqın deputatı Sevim Dağdelənə məlumat verilib.
“Söhbət hələlik ilkin məlumatlardan gedir ki, ümumi məbləği 5,6 milyard avro olan silah ixracı üçün icazələr verilib”.
Xalq nümayəndəsinin sözlərinə görə, bununla federal hökumət yenidən “ölümcül siyasi prioritetlərini” nümayiş etdirir.
“Hakimiyyət təhsilə, infrastruktura və səhiyyəyə sərmayə qoymaqdansa, Kiyevə rekord məbləğdə hədiyyələr verməkdə davam edir”, o şikayət edir.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər