Bütün xəbərlər
Venesuelada etirazçılar Uqo Çavesin heykəlini yandırıblar
Tarix: 30-07-2024 12:30 | Bölmə: Dünya

Prezident seçkilərindən sonra etirazlar təkcə Venesuelanın paytaxtı Karakasda deyil, həm də ən yaxın La Quayra ştatını bürüdü.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, nümayişçilər mərkəzi meydanda eks-prezident Uqo Çavesin heykəlini söküb yandırıblar. Qeyd olunur ki, prezident seçkilərində qalib gələn prezident Nikolas Maduro Çavesin davamçısıdır.
Etirazçılar həmçinin küçələrdə barrikadalar qurub, zibil qabları və təkərləri yandırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları qaz və rezin güllələrdən istifadə etməli olublar. Etirazçıların binaya soxulmasının qarşısını almaq üçün dövlət orqanları Hökumət Evində təhlükəsizlik tədbirlərini gücləndirib.
Bazar günü Venesuelada prezident seçkiləri keçirilib və hazırkı dövlət başçısı Nikolas Maduro qalib gəlib. Bazar ertəsi Karakasda etirazlar polislə nümayişçilər arasında toqquşmalarla başlayıb. Venesuela hakimiyyəti vətəndaşları ölkədə sülhün qorunması üçün iyulun 30-da nümayiş keçirməyə çağırıb.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər