14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Qəzza Səhiyyə Nazirliyi: İsrailin Xan Yunisə endirdiyi zərbələr zamanı 70 nəfər ölüb, 200 nəfər yaralanıb
Tarix: 22-07-2024 23:04 | Bölmə: Dünya

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis vilayətini atəşə tutması nəticəsində ölənlərin sayı 70-ə çatıb, 200-dən çox insan yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, anklavın Səhiyyə Nazirliyi atəş nəticəsində ölənlərin olduğunu bildirib. Ölənlərin sayı arta bilər.
Bir gün əvvəl İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 60-dan çox adam həlak olub. Ölənlər arasında uşaqlar da var. Bir neçə qaçqın düşərgəsi bombalanıb.
Bundan əvvəl BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərq üzrə baş komissarı Filip Lazzarini bildirib ki, İsrail hərbçiləri Birləşmiş Millətlər Təşkilatının karvanına atəş açıblar.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər