12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
III Çarlz: "Britaniya dəmir yollarını milliləşdirəcək"
Tarix: 17-07-2024 16:43 | Bölmə: Dünya

Kral III Çarlz Lordlar Palatasındakı çıxışında deyib ki, Britaniya dəmir yolu konsessiyalarında islahatlar aparmaq, nəzarət orqanı yaratmaq və qatar operatorlarını dövlət mülkiyyətinə keçirmək istəyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, monarxın sözlərinə görə, onun nazirləri dəmir yolu nəqliyyatı sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün qanun layihəsi təqdim edəcəklər.
Dəmir yollarının, poçt şöbələrinin və su təchizatı şirkətlərinin milliləşdirilməsi Leyboristlər Partiyasının seçki proqramının əsas məqamlarından biridir.
Nəzərinizə çatdıraq ki, indi Krallığın demək olar ki, bütün dəmir yolları, təxminən 30 min kilometr yol və 2,5 min stansiya "Network Rail"ə məxsusdur.
2002-ci ildə Böyük Britaniya Dəmir Yollarının bazasında yaradılmışdır.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər