14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
İsrail ordusunun hərəkətləri nəticəsində bir gündə Qəzza zolağında 50 fələstinli həlak olub
Tarix: 11-07-2024 15:40 | Bölmə: Dünya

Qəzza Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından bu anklavda hərbi əməliyyatlar aparan İsrail qüvvələrinin hərəkətləri nəticəsində son 24 saat ərzində 50 fələstinli həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Departamentin rəsmi Telegram kanalında dərc olunan hesabatında deyilir: "İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 54 nəfər yaralanıb".
Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, hazırda İsrail ordusunun Qəzzada törətdiyi əməliyyatların qurbanlarının sayı 38 345 nəfərə çatıb, 88 295 nəfər yaralanıb.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər