Bütün xəbərlər
İspaniya Olimpiadada təhlükəsizliyi təmin etmək üçün Fransaya polis göndərəcək
Tarix: 08-07-2024 19:49 | Bölmə: Dünya

İspaniya Yay Olimpiya və Paralimpiya Oyunlarının təhlükəsizliyini təmin etmək üçün Fransaya 175 polis göndərəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İspaniya Milli Polisinin mətbuat xidməti yazır. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının ilk dəstəsi iyulun 11-də Parisə gələcək.
İspaniya polisi Fransaya ezamiyyətdə olarkən öz xüsusi texnika və silahlarından istifadə edəcək.
Bildirilir ki, ispan zabitlərinin məqsədləri fransalı həmkarları ilə birlikdə vətəndaşların təhlükəsizliyini təmin etmək, patrul etmək və cinayətin qarşısını almaqdır.
Bundan əvvəl mətbuat dəfələrlə yazıb ki, Fransada Olimpiada zamanı terror aktı baş verə bilər.
Məsələn, aprel ayında Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları Oyunlar zamanı terror aktı törətməyi planlaşdıran yeniyetməni saxlayıblar. May ayında təhlükəsizlik qüvvələri daha bir gənci saxlayıb. Onun da terror aktı hazırladığı bildirilirdi.


Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər