Bütün xəbərlər
Tramp: "Bayden Çini möhtəşəm etmək üçün kampaniyanı davam etdirməlidir"
Tarix: 06-07-2024 18:48 | Bölmə: Dünya

ABŞ-ın keçmiş prezidenti Donald Tramp istehza ilə hazırkı dövlət başçısı Co Baydeni “Çini yenidən möhtəşəm etmək” üçün seçki yarışından geri çəkilməməyə çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Respublikaçının fikrincə, Ağ Evin sahibi onu tənqid edənlərə məhəl qoymamalı və prezidentlik uğrunda mübarizəni davam etdirməlidir.
"Bəli, Sleepy Joe Amerikanı məhv etmək və Çini yenidən böyük etmək üçün kampaniyasını davam etdirməlidir"-siyasətçi deyib.
İyunun sonunda Atlantada Bayden və Tramp arasında teledebat baş tutub. CNN-in sorğusuna əsasən, debatı izləyən tamaşaçıların üçdə ikisi Respublikaçının qalib gəlməsinə səs verib.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.


Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər