14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Boliviyada dövlət çevrilişinə cəhd zamanı 14 nəfər yaralanıb
Tarix: 28-06-2024 10:44 | Bölmə: Dünya

Boliviyada dövlət çevrilişinə cəhddə iştirak edən azı 14 nəfər hərbçilər tərəfindən yaralanıb, ölkə prezidenti Luis Arce bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Boliviya TV-də yayımlanan mətbuat konfransında o, "İndiyə qədər 14 nəfərin yaralandığını bilirik. Onlardan bir neçəsi əməliyyata ehtiyac duyurdu" deyib.
Prezident qeyd edib ki, hərbçilər insanlara atəş açıb.
Ordu komandiri vəzifəsindən uzaqlaşdırılan general Xuan Xose Zuniqanın başçılıq etdiyi bir qrup Boliviya hərbi zabiti iyunun 26-da La Pazda hökumət binasının qarşısındakı meydana daxil olub. Arce hərbçilərin hərəkətlərini dövlət çevrilişinə cəhd adlandırıb və silahlı qüvvələrin yeni rəhbərliyinə and içib. Onların yeni komandiri Xose Vilson Sançes Velaskes əsgərlərə bölmələrinə qayıtmağı əmr etdi, bundan sonra onlar meydanı tərk etdilər. Dövlət çevrilişinə cəhdlə bağlı 17 nəfər saxlanılıb.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər