14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Türkiyədə saxta nikahlara qarşı mübarizə gücləndirilir
Tarix: 27-06-2024 23:38 | Bölmə: Dünya

Türkiyədə məqsədi ölkə vətəndaşlığını almaq olan uydurma nikahlara qarşı mübarizə davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, DHA-nın məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyi evlilik orqanlarına nikahda olan şəxsin ölkədə qanuni yaşamaq hüququna malik olmadığı təqdirdə nikaha daxil olmamalarını tələb edən sirkulyar göndərib. Vətəndaşlıq Müdirliyi ölkədə 2000-ci illərin əvvəllərindən etibarən saxta nikahların sayında ciddi artım olduğunu qeyd edib, belə birliklərin məqsədi yaşayış icazəsi və ya Türkiyə vətəndaşlığı əldə etməkdir.
Bundan başqa, məktubda qeyd olunur ki, çox vaxt Türkiyə üçün təhlükə yaradan şəxslərlə və ya ölkəyə qanunsuz daxil olanlarla qondarma nikahlar bağlanır.
İndi nikah üçün ərizə yalnız etibarlı şəxsiyyət vəsiqəniz, habelə qanuni yaşayış hüquqlarını təsdiq edən sənədiniz olduqda baxıla bilər.
Xatırladaq ki, Dövlət Dumasının deputatları əcnəbilərlə uydurma nikahlara qarşı qanun layihəsini dəstəkləyiblər.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər