Bütün xəbərlər
Küveytdə yaşayış binasında baş verən yanğında 40-dan çox adam ölüb
Tarix: 12-06-2024 19:16 | Bölmə: Dünya

"Reuters" xəbər verir ki, Küveytin cənubunda 6 mərtəbəli binada baş verən güclü yanğın nəticəsində azı 41 nəfər ölüb, 40-a yaxın adam xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın iyunun 12-də səhər tezdən Fars körfəzi sahilində yerləşən Manqaf şəhərində baş verib. Baş verənlərin səbəbləri hələlik müəyyən edilməyib.
İlkin olaraq 35 nəfərin öldüyü bildirilirdi, sonra xilasedicilər daha iki cəsəd tapıb, dörd qurban isə xəstəxanada ölüb. Hazırda 39 nəfər həkim nəzarətindədir. Qurbanların hamısı dəm qazından zəhərlənib.
Faktiki olaraq onu sıx dolu yataqxanaya çevirən bina sahibi saxlanılıb.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər