14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
İsveçrə prezidenti Rusiyanın iştirakı ilə sülh sammiti keçirmək istəyini açıqlayıb
Tarix: 10-06-2024 12:57 | Bölmə: Dünya

İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna ilə bağlı konfrans keçiriləcək. Daha əvvəl bildirildiyi kimi, Rusiyasız.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Konfederasiyanın prezidenti Viola Amherdin ümid etdiyinə görə, bu tədbir son nəticədə “Rusiyanın iştirakı ilə sülh sammiti”nin təşkilinə imkan verəcək prosesə başlayacaq.
İsveçrə Xarici İşlər Nazirliyinin rəhbəri İqnazio Kassis də bildirib ki, İsveçrə “Rusiyanın Ukraynada sülh prosesinə cəlb olunması məsələsi üzərində işləyir”.
Onun sözlərinə görə, bütün tərəflər razıdır ki, Rusiya Federasiyası Ukrayna üzrə dialoqda iştirak etməlidir, lakin belə bir məqamın nə vaxt gələcəyi sual altındadır.
Kassis həmçinin bildirib ki, Ukrayna üzrə konfransla əlaqədar İsveçrə Rusiya Federasiyası ilə, o cümlədən Moskvadakı səfirliyi vasitəsilə müntəzəm əlaqələr saxlayır, RİA Novosti xəbər verir.
Bir gün əvvəl İsveçrənin “Le Temps” qəzeti Ukrayna ilə bağlı sammitin Bernin Zelenskiyə açıq-aşkar dəstəyinə görə baş tutmayacağı fikrini bildirib.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər