Bütün xəbərlər
Papua Yeni Qvineyada sürüşmə nəticəsində 670 nəfər itkin düşüb
Tarix: 07-06-2024 09:18 | Bölmə: Dünya


Papua Yeni Qvineyada bu il mayın 24-də baş verən sürüşmədən sonra 670-ə yaxın insan hələ də itkin düşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fəlakətin nəticələri barədə "Radio New Zealand" məlumat yayıb. Qeyd edildiyi kimi, ölkə hökumətində təbii fəlakət qurbanlarının sayı ilə bağlı dəqiq məlumat yoxdur, lakin hazırda azı 670 nəfər itkin düşmüş hesab olunur. Bölgədə sağ qalanlar ölüləri tapmaq ümidi ilə dağıntıları təmizləməyə davam edir. Eyni zamanda, yerli Səhiyyə Nazirliyinin nümayəndələri bildiriblər ki, infeksiyaların yayılma riski yüksək olduğundan cəsədlərin sonrakı axtarışları təhlükəli ola bilər.
RİA Novosti xəbər verir ki, yolların tıxanması və tayfalar arasında gərginlik səbəbindən sürüşmə nəticəsində zərər çəkmiş kəndlərə giriş çətin olaraq qalır. Ölkə hakimiyyətinin məlumatına görə, təbii fəlakət nəticəsində evsiz və dolanışıqsız qalan 8 minə yaxın insanın köməyə ehtiyacı var.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər