Bütün xəbərlər
Silahlı suriyalı ABŞ-ın Livandakı səfirliyinə hücum edib
Tarix: 05-06-2024 13:52 | Bölmə: Dünya

"Əl-Ərəbiyyə" xəbər verir ki, silahlı şəxs ABŞ-ın Livandakı səfirliyinə atəş açıb və cavab atəşi ilə yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Livan ordusunun mətbuat xidmətinin məlumatına görə, insident Beyrut ətrafında baş verib və hücum edən şəxs Suriya vətəndaşıdır. O, hazırda xəstəxanadadır.
İlkin olaraq, hadisə şahidləri Aukardakı atışmanın yarım saat davam etdiyini, Amerika diplomatik missiyasının binasına 3 nəfərin hücumuna məruz qaldığını, onlardan birinin öldürüldüyünü iddia etdi. Daha sonra rəsmilər bu məlumatı təkzib ediblər.
Saxlanılan şəxsin atışma zamanı nəsə qışqırıb-qışdırmadığı məlum deyil.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər