Bütün xəbərlər
ABŞ, Yaponiya və Cənubi Koreya bu yay ilk birgə hərbi təlimlərini keçirəcək
Tarix: 02-06-2024 17:41 | Bölmə: Dünya

“Freedom Edge” adlanan ilk üçtərəfli hərbi təlimlərin bu ilin yayında ABŞ, Yaponiya və Cənubi Koreya tərəfindən keçirilməsi planlaşdırılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Pentaqonun Sinqapurda bu ölkələrin müdafiə nazirlikləri rəhbərlərinin görüşünün yekunları üzrə dərc etdiyi bəyanatda deyilir.
Qeyd olunur ki, üçtərəfli təlimlər “çoxillik plana uyğun olaraq sistemli şəkildə keçiriləcək”. Lakin onların keçirilmə tarixi və yeri barədə konkret məlumat göstərilmir.
"Yonhap" Xəbər Agentliyi xəbər verir ki, hərbi təlimlər dəniz, hava, sualtı və kiberməkanda baş tutacaq.


Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər