Bütün xəbərlər
İsveçrənin ən böyük partiyası BMT Təhlükəsizlik Şurasının qəbul etmədiyi sanksiyaların ləğvini tələb edir
Tarix: 11-04-2024 22:06 | Bölmə: Dünya

Parlamentdə ən böyük partiya olan İsveçrənin Mərkəzin Demokratik İttifaqı referenduma və konstitusiyaya dəyişikliklərə çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, parlamentarilər xüsusilə, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməyən İsveçrənin tətbiq etdiyi bütün sanksiyaları ləğv etməyə çağırır.
Digər tələb isə ölkənin neytrallıq siyasətinə qayıtmasıdır. Partiya xatırladıb ki, İsveçrə NATO ilə əlaqələr qurur, anti-Rusiya sanksiyalarına qoşulur və dolayısı ilə münaqişə tərəflərindən birini silahla dəstəkləyir. Bütün bunlar ona gətirib çıxarıb ki, ölkə artıq neytral hesab edilmir və etimad yaratmır.
Xatırladaq ki, bir müddət əvvəl İsveçrə prezidenti Viola Amherd ölkədə Ukrayna ilə bağlı sülh konfransına ev sahibliyi edəcəyini bildirmişdi.
Rusiya Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, Bernə artıq etibar edilmir və İsveçrə artıq neytral üçüncü tərəf sayıla bilməz.





Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər