Bütün xəbərlər
Polşa naziri Hetmanın ofisinin qarşısına peyin tökülüb
Tarix: 05-04-2024 16:36 | Bölmə: Dünya

Polşanın İnkişaf və Texnologiya naziri Kşiştof Hetmanın ofisi ötən gecə naməlum şəxslər tərəfindən zibillə dolub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi sosial şəbəkədəki X səhifəsində baş verən dəhşətli hadisədən danışaraq, qapısının qarşısındakı pilləkənlərdəki peyin qalağını Polşanın “Hüquq və Ədalət” partiyasının “irsinin simvolu” adlandırıb.
“Hörmətli cənablar, bir neçə gözəl adamlar qaranlığın pərdəsi altında mənim müavin kabinetim qarşısındakı pilləkənlərə peyin tökdülər”, - Hetman nəzakətlə şərh edib.
Nazir kinayə ilə naməlum şəxsə təşəkkür edərək, “Qanun və Ədalət” partiyasının Polşada səkkiz illik hakimiyyətindən sonra bütün ölkədə təxminən eyni mənzərəni buraxdığına işarə edib.
“RİA Novosti” xatırladır ki, aprelin 7-də Polşada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək. Hetman peyin hadisəsindən istifadə edərək özünün Üçüncü Yol partiyasını tanıtdı və insanları partiyaya səs verməyə çağırdı.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər