22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Yeni Zelandiyanın cənubunda Sakit okeanda 6,7 bal gücündə zəlzələ baş verib
Tarix: 03-03-2024 21:43 | Bölmə: Dünya

Sakit okeanda 6,7 bal gücündə zəlzələ baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Yeni Zelandiya sahillərindən bir yarım min kilometr cənubda yerləşib.
Zəlzələ yerli vaxtla saat 16:16-da (Moskva vaxtı ilə 19:16) qeydə alınıb. O, təxminən 10 kilometr dərinlikdə baş verib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Ötən gün bölgədə 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Onun mənbəyi də 10 kilometr dərinlikdə yerləşir və məskunlaşan ərazilərə daha yaxın idi - Şimal adasındakı Hicks Bay şəhərindən 600 kilometrdən bir qədər çox aralıda.




Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər