Bütün xəbərlər
Almaniyanın şimal-qərbində əsgər bir uşağı və üç böyük şəxsi güllələyib
Tarix: 01-03-2024 13:48 | Bölmə: Dünya

Aşağı Saksoniya federal əyalətində biri uşaq olmaqla 4 nəfərin meyiti tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Welt"in məlumatına görə, xəbər verir ki, qətldə şübhəli bilinən Bundesver əsgəri saxlanılıb.
Cümə axşamı axşam qonşu Schessel və Botel icmalarının (Rothenburg an der Wümme rayonu) sakinləri atışma barədə məlumat veriblər. Gələn polis iki evdə dörd nəfərin öldürüldüyünü, qurbanlar arasında yaşı açıqlanmayan bir uşaq olduğunu aşkar edib.
Şübhəli şəxs özü hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub. İlkin versiyaya görə, qətliamın səbəbi ailə münaqişələri olub.
Hazırda hücumçu olduğu ehtimal edilən şəxsin xidmət etdiyi Rotenburq yaxınlığındakı hərbi hissədə axtarışlar aparılır.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər