Bütün xəbərlər
Hindistanda traktor qəzası nəticəsində 22 nəfər ölüb
Tarix: 24-02-2024 15:03 | Bölmə: Dünya

Hindistanın Uttar Pradeş ştatında treylerin gölməçəyə aşması nəticəsində azı 22 nəfər həlak olub, "The Times of India" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza ötən cümə günü, fevralın 23-də bir qrup zəvvarın Maq Purnim bayramı münasibətilə Qanq adasında çimməyi planlaşdırdıqları Haridvara gedərkən baş verib.
Kəşcan ərazisində, içərisində insanların olduğu qoşqulu traktorun sürücüsü qarşıdan gələn avtomobillə toqquşmaqdan yayınsa da, texnikanı yolda saxlaya bilməyib, nəticədə avtomobil yan tərəfə aşıb və gölməçəyə düşüb.
Qəza nəticəsində 8-i uşaq olmaqla 22 nəfər həlak olub, daha 10-a yaxın zəvvar yaralanıb.




Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər