22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bayden: "ABŞ Rusiyanın hərəkətlərində nüvə təhlükəsi görmür"
Tarix: 16-02-2024 23:51 | Bölmə: Dünya

Amerika prezidenti Cozef Bayden deyir ki, Rusiyanın kosmosdakı fəaliyyəti ABŞ üçün nüvə təhlükəsi yaratmır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin bəyanatı ilə bağlı belə danışıb.
“Birincisi, Rusiyanın gördüyü işlərə görə, hazırda Amerika xalqı və ya dünyada heç kim üçün heç bir nüvə təhlükəsi yoxdur” deyən Bayden, “İkincisi, onların etdikləri və ya edə biləcəkləri kosmosdakı peyklərlə bağlıdır".
Həmçinin, Baydenə görə, Rusiyanın “kosmosda hər hansı bir şey etmək üçün irəliləmək” niyyətində olduğuna dair heç bir sübut yoxdur.
ABŞ prezidenti qeyd edib ki, Rusiyanın kosmosa peyklərə potensial ziyan vura biləcək sistem buraxmaq potensialı var. Lakin hələlik belə bir şey olmayıb. Bayden bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.
Kirbi daha əvvəl demişdi ki, Rusiya peyk əleyhinə silahlar hazırlayır və bu, ABŞ-ın təhlükəsizliyinə təhlükə yaradır. Bununla bağlı Bayden komandasına Moskva ilə diplomatik əlaqələr qurmağı tapşırıb.



Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər