22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ukraynaya yardımın ayrılması ilə bağlı qanun layihəsi ABŞ Senatında kifayət qədər səs toplayıb
Tarix: 13-02-2024 16:02 | Bölmə: Dünya

Ukrayna, İsrail və Tayvana maliyyə yardımı nəzərdə tutan qanun layihəsi ABŞ Senatında qəbul olunmaq üçün kifayət qədər səs toplayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, qəbul olunarsa, bu ölkələrə 95 milyard dollar ayrılacaq.
Qanun layihəsi Senatda təsdiqlənərsə, ABŞ Konqresinin Nümayəndələr Palatasına gedəcək.
Bundan əvvəl Konqresin spikeri Mayk Conson bu təşəbbüsün iflasa uğrayacağına əminliyini ifadə edib. Respublikaçılar Konqresdə çoxluq təşkil edir və onlar Ukraynanın dəstəklənməsinə qarşıdırlar. Belə ki, Nəzarət və Hesabat Komitəsi Pentaqondan Kiyevə verilən silahlara nəzarətin necə həyata keçirildiyi barədə hesabat tələb edib.
Respublikaçıların mövqeyi ondan ibarətdir ki, ABŞ hakimiyyəti əvvəlcə ölkənin daxili problemlərini həll etməli, sonra isə öz tərəfdaşlarına kömək etməlidir.
Söhbət xüsusən də Meksika ilə sərhəddəki miqrasiya böhranından gedir, buna görə sağ tərəflər prezident Cozef Bayden administrasiyasını günahlandırır.




Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər