Bütün xəbərlər
Suriyanın şərqindəki Amerika bazası raket atəşinə tutulub
Tarix: 08-02-2024 11:29 | Bölmə: Dünya

Suriyanın Deyr əz-Zor əyalətində ABŞ-ın bazasında partlayışlar baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər neft yatağı ərazisində ABŞ bazası raketlərlə atəşə tutulub və partlayış səsləri eşidilib. Bu barədə RİA Novosti yerli mənbəyə istinadən xəbər verir.
O əlavə edib ki, hücumdan sonra Amerika helikopterləri səmaya qalxıb.
ABŞ ordusu Suriyanın şərqindəki bazasının atəşə tutulması ilə bağlı hələlik şərh verməyib.
Bundan əvvəl Amerika qüvvələri İraq və Suriyaya hücum edərək 85 hədəfi vurmuşdu.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər