22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Qazaxıstanın ən böyük partiyası Oljas Bektenovu baş nazir postuna təklif edib
Tarix: 06-02-2024 12:56 | Bölmə: Dünya

Qazaxıstanın ən böyük partiyası "Amanat" ölkə prezidentinə Oljas Bektenovun baş nazir təyin edilməsini təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl Kasım-Jomart Tokayev Əlixan Smailovun rəhbərlik etdiyi Nazirlər Kabinetinin istefasını qəbul edib.
Yaxın vaxtlarda Qazaxıstan prezidenti Bektenovun namizədliyini parlamentin digər fraksiyaları ilə müzakirə edəcək.
Oljas Bektenov 2023-cü ilin aprelindən Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsini icra edir. Əvvəllər o, həm də Ədliyyə Nazirliyində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi işləyib.
13 dekabr 1980-ci ildə Almatıda anadan olub. 2001-ci ildə Qazaxıstan Dövlət Hüquq Akademiyasını bitirib.




Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər