Bütün xəbərlər
HƏMAS Maskı Qəzza zolağına dəvət edib
Tarix: 28-11-2023 23:38 | Bölmə: Dünya

HƏMAS amerikalı iş adamı İlon Maskı Qəzza zolağına səfərə dəvət edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat verib.
Onun sözlərinə görə, Mask İsrailin Fələstin xalqına qarşı həyata keçirdiyi “qırğın miqyasını” görməlidir, "Əl-Cəzirə" telekanalı xəbər verir.
Bundan əvvəl iş adamı İsrailə səfər edib, digər məsələlərlə yanaşı, ölkə prezidenti İsaak Hersoq və HƏMAS yaraqlıları tərəfindən əsir götürülmüş girovların ailələri ilə görüşüb. Səfər zamanı Benyamin Netanyahu Maska hərəkatın ölkənin cənub bölgələrinə hücumlarının nəticələrini göstərib.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər