Bütün xəbərlər
Ukrayna və ABŞ müdafiə nazirləri Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi barədə danışıblar
Tarix: 26-11-2023 17:17 | Bölmə: Dünya


Ukraynanın müdafiə naziri Rustem Umerov Pentaqonun rəhbəri Lloyd Ostinə zəng edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Hərbi idarənin rəhbərləri Ukrayna ordusunun imkanlarını gücləndirmək üçün atılan addımları müzakirə ediblər.
Umerov sosial şəbəkədə Ostinə həftəlik zəng vurduğunu bildirərək yazıb: “Biz cari təhlükəsizlik yardımı prioritetlərini və Ukrayna ordusunun imkanlarını gücləndirmək üçün birgə addımları müzakirə etdik.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan kifayət qədər yardım görmədiyini açıqlamışdı. Ukrayna lideri ilə söhbət edən jurnalist Benjamin Hall qeyd edib ki, söhbətdə narazılığını gizlətməyib. Zelenski kifayət qədər maliyyə olmamasından şikayətləndi və təəssüfləndi ki, Yaxın Şərq münaqişəsi dünyanın diqqətini Ukrayna problemlərindən yayındırıb.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər