Bütün xəbərlər
Trüdo G20 sammitindən sonra Hindistandan uça bilməyib
Tarix: 10-09-2023 21:52 | Bölmə: Dünya


Kanadanın baş naziri Castin Trüdo və ölkənin nümayəndə heyəti G20 sammitindən sonra Hindistandan uça bilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, CTV telekanalı xəbər verir ki, buna səbəb təyyarə ilə bağlı problemlər olub.
Bütün Kanada nümayəndə heyəti, eləcə də media nümayəndələri Hindistanda qalmalı olacaqlar. Təyyarədəki texniki problemlərin aradan qaldırılması üçün nə qədər vaxt lazım olacağı bəlli deyil. Lakin qeyd olunur ki, bazar günü gecə saatlarında bunu həll etmək mümkün olmayacaq.
G20 sammiti sentyabrın 9-dan 10-dək Yeni Dehlidə baş tutub.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər