12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
ABŞ Hərbi Hava Qüvvələri “ağıllı” pilotsuz təyyarənin operatoru öldürməyə cəhd etməsi xəbərini təkzib edib
Tarix: 03-06-2023 18:31 | Bölmə: Dünya


ABŞ Hərbi Hava Qüvvələri süni intellektlə təchiz edilmiş pilotsuz təyyarənin öz operatorunu öldürməyə cəhd etməsi ilə bağlı xəbərləri təkzib edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Agentliyin sözçüsü Ann Stefanek bildirib ki, belə simulyasiya testləri ümumiyyətlə aparılmayıb, Business Insider yazır.
Stefanek bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri süni intellekt texnologiyasından “etik və məsuliyyətli” istifadəyə sadiqdir. O qeyd edib ki, bu sınaqlar haqqında danışan əsgərin sözləri çox güman ki, “kontekstdən çıxarılıb”.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt üzrə sınaq və əməliyyatlar şöbəsinin rəhbəri polkovnik Taker Hamilton bildirib ki, sınaqlar zamanı “ağıllı” pilotsuz uçuş aparatı missiyanı dayandırmağa çalışan operatorunu məhv etmək qərarına gəlib. Hamilton qeyd edib ki, heç kim xəsarət almayıb, lakin bu təcrübə süni intellektdən istifadə zamanı etika ilə bağlı suallar doğurur.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər